Tərtər sakini həmkəndlisini maşınla vurub


Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, avqustun 16-da saat 23 radələrində rayonun Sarov kəndi ərazisində Bəyimsarov kənd sakini M.Orucov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən həmkəndlisi Raul Hümbətlini vurub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.