"Artıq yaşaya bilmirəm" - Gənc məktub yazaraq intihar etdi

Bu gün səhər saatlarında Neftçala rayonunun Bala Surra kəndində intihar hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 24 yaşlı kənd sakini Sabir Əli oğlu Ələkbərov özünü həyətlərindəki tikintisi yarımçıq qalmış hamamda asaraq intihar edib.

S.Ələkbərov intihar etməzdən əvvəl məktub yazıb qoyub. Məktubda deyilr: “Mənim ölümümdə heç kəsi günahkar bilməyin. Həyat mənasız olduğu üçün artıq yaşaya bilmirəm”.

Onun dünən axşam toy məclisindən qayıdaraq yatdığı və səhər oyandıqdan sonra intihara əl atdığı deyilir. Sabir Ələkbərov sakit təbiətli gənc olub. Atası təqaüddə olan polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.