Bakı metrosunda sərnişinin halı pisləşdi


Bakı metrosunda orta yaşlı qadının halı pisləşib.

"Report" xəbər verir ki, hadisə "28 May" və "Nizami" metrostansiyaları arasında hərəkət edən qatarda baş verib.

Qatar "Nizami" stansiyasına çatdıqdan sonra, qadın vaqondan düşürülərək tibb işçilərinə təhvil verilib.

Hazırda qadına tibbi yardım göstərilir.