Şirvanda binanın eyvanı uçdu: 1 nəfər yaralanıb 


Bu gün Şirvan şəhəri, Nərimanov 9, mənzil 19 ünvanında yerləşən dördmərtəbəli binanın üçüncü mərtəbəsində eyvan uçub.

APA -nın yerli bürosunun məlumatına görə, eyvanın üzərində olan 1954-cü il təvəllüdlü Şirinova Lətifə Rəsul qızı uçqunun altında qalıb.

Hadisə nəticəsində L. Şirinova sınıq xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. .

L. Şirinovanın qızı, 1983-cü il təvəllüdlü Şirinova Yeganə Əkbər qızı Şirvan şəhər Yanğından Mühafizə Xidməti tərəfindən xilas edilib.