Sosial şəbəkədə tanış olduğu qadını şantaj edən şəxs tutuldu


Qusarda qadını şantaj edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 17-də Qusar rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
O, ərizəsində avqust ayında “İnstagram” sosial şəbəkəsində tanış olduğu naməlum şəxsin onunla danışmayacağı təqdirdə intim şəkillərini yayacağı ilə hədələdiyini bildirib.
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini R.Həsənov saxlanılıb.