Bağdadinin yaxın adamı tutuldu

İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadinin yaxın adamlarından biri tutulub.

Axar.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada təhlükəsizlik qüvvələrinin Ənbar vilayətinin Hit rayonunda apardığı əməliyyat nəticəsində İŞİD-in komandirlərindən birinin ələ keçdiyi bildirilib.

Nazirlik tutulan şəxsin adını açıqlamayıb.