“Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır” - Sabiq deputat

“Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Bu sözləri Sherg.az-a açıqlamasında sabiq millət vəkili Həvva Məmmədova deyib.
Onun sözlərinə görə, ölkə başçısı hər zaman sosial qayğıya ehtiyac olan vətəndaşlarımızın yanındadır:
“Cənab Prezident həmişə xalqımızın problemləri ilə yaxından maraqlanıb. Onun davamlı olaraq müxtəlif rayonlara gedişi və xalqımızın problemlərini rahatlıqla ölkə başçsısına deməsi olduqca sevindiricidir. Prezident belə halları daim diqqətdə saxlayır və məsələnin həllinə çalışır. 
Ölkəmizdə yeni məktəblərin tikilməsi, səhiyyə ocaqlarının salınması onu göstərir ki, dövlət başçısı daim vətəndaşlarının yaxşı yaşaması üçün çalışır. Təsadüfi deyil ki, prezident bütün çıxışlarında xalqa xidmət etdiyini deyir.
Əmək haqlarının, sosial müavinətlərin, pensiyaların artırılması da ölkə başçısının sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Eyni zamanda qaçqın və məcburi köçkünlərimizə göstərilən diqqət və qayğı göz qabağındadır. Hər kəsə bəllidir ki, cənab prezident bu siyasətinin davam etdirəcək”.