Kamran Ağabalayev Rusiya istehsallı filmdə baş rolda oynayacaq


Aktyor Kamran Ağabalayev Rusiya istehsalı olan "Rus qulu" ("Русский раб") serialında rol alacaq.

Bu barədə K.Ağabalayev şəxsi "Facebook" hesabında foto və məlumat paylaşıb.

Belə ki, serialın Türkiyədə baş tutan ilk çəkiliş günündən foto yayımlanan aktyor bunları yazıb:

"Təyyarədə nasazlıq yarandığı üçün sınaq çəkilişinə yeddi saat gecikmişdim. Sonra iki saat ərzində bacarığını ortaya qoymağa məcbursan! Sonra gözləyirsən! Sonra səni tarixi janrda çəkiləcək "Русский раб", yəni "Rus qul" adlı 12 seriyalı filmdə baş rollardan birinə təsdiq edirlər".

Qeyd edək ki, rusiyalı prodüser Yelena Deniseviçin tarixi janrda ərsəyə gətirdiyi ekran işində K.Ağabalayev Bəyazid Ağa obrazını canlandıracaq.