"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır


"Maşın" şou növbəti sürəti ilə ekranlara qayıdır.
Oxu.Az xəbər verir ki, teleşou oktyabrın 1-dən etibarən ATV-də öz tamaşaçılarını yenidən ekrana kilidləyəcək.
Maşının bu sürətində də ölkənin 18 məşhur siması avtomobil uğrunda qızğın mübarizə aparacaq.
"M Group Production"ın mətbuat xidmətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, artıq “Maşın” realiti şousunun iştirakçı heyətinin ilkin siyahısı hazırdır:
"Növbəti həftə isə siyahı tam hazır olacaq. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş simalara da, ilk dəfə şouya qatılan "təcrübəsiz ulduzlar"a da yer verilib".
Sayca 18-ci olan "Maşın" layihəsinin konsepsiyası ideya olaraq təsdiqlənib və artıq ciddi iş gedir.
Qeyd edək ki, "Maşın"ın 17-ci sürətinin qalibi müğənni Roza Zərgərli olub. Sənətçi qalib gəlsə də, şounun sonunda avtomobildən imtina edərək açarları Murad Dadaşova geri qaytarıb.