İran tankeri üçün təzminat tələb edir: "İbrət olması üçün..."

İranlı nazir İbrahim Rəisi ölkəsinə aid neft tankerini təxminən 50 gün girov saxlayan İngiltərəyə bağlı Cəbəllütarix səlahiyyətlilərindən təzminat tələb edir

Sherg.az IRNA-ya istinadən xəbər verir ki, Rəisi İrana aid neft tankerinin girov saxlanıldığı müddətdə ölkəsi külli miqdarda maddi zərər görüb: “Dəyən ziyan tankeri azad etməklə ortadan qalxmadı. Beynəlxalq hüquqa hörmətsizlik edənlərə ibrət üçün maddi itkilər qanuni yollarla ödənməlidir”. 

Cəbəllütarix Ali Məhkəməsinin qərarı ilə sərbəst buraxılan tankerin “Grace-1” olan adı “Adrian Darya-1” olarak dəyişdirilib, gəmiyə təkrar İran bayrağı asılıb. Tankerin Cəbəllütarix sularından aralanaraq Yunanıstanın Kalamata Limanına doğru hərəkət etdiyi bildirilir.