Azərbaycanlı Rusiyanın hava limanında milyon rubl itirdi


Azərbaycanlı Yekatirinburqdan Bakıya 1,7 milyon rubl aparmağa cəhd edib.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, müfəttişlər pulu onun yükünü yoxlayanda aşkar ediblər. O, gömrüqkçülərə bu məblğdə pulu apardığını deməyin mütləq olduğunu bilmədiyini deyib.
“Qanuna görə, 10 min dollardan artıq məbləğlə “qırmızı” dəhlizdən keçmək lazımdır. İri məbləğdə pul aparıldığını bildirmək lazımdır”, - Koltsovo hava limanı gömrük postunun rəis müavini Sergey Borovik bildirib.
Nəticədə 10 min dollar məbləğində pul azərbaycanlıya qaytarılıb, qalan milyon rubl alınıb. İndi həmin şəxs barəsində administrativ iş açılıb. Onun alınan məbləğin bir, yaxud ikiqar miqdarında cərimələnməsi gözləyir.