Hacıqabulda “Mercedes” “Kamaz”a çırpıldı, ölən və yaralanan var


Hacıqabul rayonunda minik və yük avtomobillərinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil qarşıda gedən “Kamaz” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb,1 nəfər isə xəsarət alıb.

Ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.