29 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib 

Bu mövsüm günvurmalarla bağlı təcili tibbi yardıma 29 müraciət daxil olub.
Səhiyyə Nazirliyindən APA -ya verilən məlumata görə, onlardan 18 nəfəri hospitalizasiya edilib, 11 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 12-si qadın, 14-ü kişi, 3-ü uşaq olub.
Qeyd edək ki, bu il havaların sərin keçməsi ilə əlaqədar müraciətlərin sayı ötən illə müqayisədə azdır.