13 yaşlı oğlan qıza görə özünü asdı: "Xəyanət"lə üzləşib

13 yaşlı oğlanın intiharı ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, məhkəmədən verilən məlumata görə azyaşlı oğlan özünü "xəyanət"lə üzləşdiyinə görə öldürüb.

Harry Storey adlı oğlan "Whatsapp"da dostlarına özünü öldürəcəyi barədə mesaj yazsa da, tanışları onun zarafat etdiyini düşünüblər.

Onun axırıncı izlədiyi TV verilişindəki intihar səhnəsindən təsirləndiyi ehtimal olunur. Belə ki, istədiyi qızın başqa oğlanla münasibətini öyrənən azyaşlı özünü asaraq öldürüb.

Hakimin dediyinə görə, ola bilsin ki, Harry özünü öldürmək niyyətində olmayıb, o, sadəcə gördüyü səhnəni canlandırmaq istəyib və nəticədə ölüb. O, özünü "qalstuk"la asıb. Atası otağa girəndə oğlunun cansız bədənini gördükdə dəhşətə gəlib.

Hadisə Birləşmiş Krallıqda, Berkşir qraflığında baş verib.