Trampın Qrenlandiya üçün ödəyəcəyi məbləğ açıqlandı

Donald Tramp administrasiyası Qrenladiyanın ABŞ-ın daimi mülkiyyətinə keçməsi üçün Danimarkaya ildə 600 milyon dollar təklif etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti öz mənbəsinə istinadla məlumat yayıb.

Qəzetin məlumatına görə, məbləğ Kopenhagenin muxtariyyətin saxlanması üçün illik xərcləri əsasında hesablanıb.

Qəzet ödənişlərin neçə il davam edəcəyi ilə bağlı məlumat verməyib.