…Və məni səsləyən iç dünyam - Məmməd İsmayıl yazır

İtalyanın önəmli  qadın şairlərindən olan Paola Pennecchi ile Rumınya və İtalyada keçiriln dünya şeir festivalında tanış olmuşdum.Hər görüşdüyümüzdə “qrazia” deyib qollarını iki yana açıb görüşməyi vardı.Festivalda iştirak edən kişili, qadınlı bütün şairlər şən olduğu qədər də dilli-dilavər və hazırcavab olan bu İtalyan xanımı ürəkdən sevirdilər desəm,yanlış olmaz.Mənə də yarıingilis, yarıitalyan dilində “şair qardaşım” deyə  sevgi göstərilərində bulunmağı vardı.Deyim ki, öz dilində-italyanca oxuduğu  qısa şeirləri salondakılar  tərəfindən razılıqla qarşılanırdı.Bu da səbəsiz deyildi, Antik çağlarda Rumınya qədim Roma imperatorluğunun şimal güzərgahı olmuşdu, əslində biz azərbaycanlılar onların vətəninə  Rumınya deyirik,özləri isə Romanya deyirlər.
Roma-Romanya çağrışımlarının boşuna olmadığını İtalyan və Rumın dillərinin çox yaxın olmasından da  bilmək mümkündür...İtalyada keçirilən şeir şölənində rumın və moldav şairləri şeir salonlarında özlərini vətənlərinin dil aurasındakı kimi aparırdılar.Rumınyada da İtalyan şairləri eyni dil coşgusu ilə çıxış edir və qarşılanırdılar.Və bəlkə də Paola xanım da şeir salonlarında bu səbəbdəndir ki,dəryada balıq misalı özünü çox sərbəst aparırdı.Festivallar boyu foto-aparatı da əlindən düşmürdü, çəkilən şəkillərimin ən dəyrliləri də Paola xanımın fotoqraf  ustalığının yadigarlarıdır.
 2017-ci ilin payızında  geri qayıtdığımızda Paola xanımdan qiymətli albom dəyərində bir kitab alacaqdım.Bu, onun şeirlər kitabı idi.Hər şeir ayrı-ayrılıqda rəngli illüsterasyalşarla süslənmişdi.Hələ o zamanlar bu xanımın bir neçə şerini dilimizə çevirmək istəmişdim,amma görünür qismət bu günə imiş…

Müqəddəs səssizlik



Müqəddəs səssizlik
Sənə ürəkdən təşəkkür edirəm parlaqlıq üçün,
mənim idarə  olunmayan məbədlərim.
Rüzgar üçün düşün cələrimi qurban verirsiz, 
dostum,

boşluğa nifrət etmək məni hər  zaman həyata geri qayıtmağa  səsləmədə.

Bir şey heç bir şeyin yanında deyil


Demək olar ki, bir şey heç bir şeyin yanında deyil.
hər şey sənin adın,
sevinc hər səhər yazılır əqli intizam məşqi kimi könül dəftərimin səhifələrinə…

məşq,
yoxsulluq  mücərrəd kəşfürəklər və  qidalı  həyat…


Bu günəşli şəhərdə


Bu günəşli səhərdə yaşıyıram.
Məndə yoxdur bu səhərin cücərti kökləri addımlarım səslənir  pöhrə ağacların sıralarında.

amma quş lələkləri səssiz və məni səsləyən iç dünyam.


Bozrəng


Ən sehirli,sirli,
Və gözləmə rəngidir,
-Boz rəng.
Üzü boz deyiminə baxmayın…


Başlanğıc


Bizim səma altında göz qamaşdıran günəbaxan cənnətimiz...
Atamın qar üstündə yorğun adımlarının topuq vuran  ritmi.
sevindi birincisi-uçuş,
işıqonun sakit əzəməti şərəf üçün ödəyər
boz rəngin bozluğunu əlində əbədi polad bıçaq.
 

Sevincini mənə etibar et


Sevincini  mənə etibar et.
Et ki,
Onun yetəri qədər hamisi, qəyyumu ola bilərəm.
Mən bilirəm
Orbital planetlər
Duaları eşidir və onları  ulduz tozuna döndərir.
Və nə zaman rüzgar da dağınıq mantralar rezonans verir,
sonbaharın bilgi külçələrinin qızıl toxumları düşməyə başlar
Və beləcə çörək qoxusunda vədə yerinə dönüşlər gerçəkləşər…