Tanınmış aktyor vəfat etdi: Məhərrəm Qurbanovla vida mərasimi sabah keçiriləcək


Aktyor Məhərrəm Qurbanovla vida mərasimi avqustun 22-i saat 11:00-da "Təzə Pir" məscidində olacaq.
Bu barədə APA -ya aktyorun qızı Aytən Qurbanova məlumat verib.
Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, avqustun 19-da beyin insultu diaqnozu ilə xəstəxanaya yerləşdirilən aktyor M.Qurbanov bu gün vəfat edib.
Xatırladaq ki, M.Qurbanov 1959-cü ildə Gəncədə anadan olub. Uzun müddət Azərbaycan Dövlət Akademik Musiqili Teatrda fəaliyyət göstərib. Geniş tamaşaçı kütləsi Məhərrəm Qurbanovu “İmtahan” serialının Eldarı kimi tanıyır. Aktyor “Qız Qalası”, “Ərazi” filmlərində də çəkilib.
Allah rəhmət eləsin.