Tərtərdə faciə: Su nasosu ilə oynayan 2 yaşlı uşağı "tok" vurdu

Tərtər rayonunda bədbəxt hadisə baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Azad Qaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 2017-ci il təvəllüdlü Xəlilzadə Üzeyir Fədail oğlu həyətyanı sahədə quraşdırılmış işlək vəziyyətdə olan su nasosu ilə oynayıb. Nəticədə elektrik cərəyanı azyaşlını vuraraq öldürüb. 
Faktla bağlı araşdırma aparılır.