Rusiya "Nurofen" uşaq şamlarına qadağa qoydu: "Bizdə daha çox başqa şamlardan istifadə olunur"

Rusiyada "Nurofen" uşaq şamlarının satışı qadağan edilib. Səbəb kimi bu şamların tərkibinin tələblərə cavab vermədiyi göstərilir

Məlumdur ki, hazırda həkimlər resept yazarkən həb və sirop şəklində dərman preparatları ilə yanaşı şamlara da üstünlük veririlər. Körpələrin müalicəsində şamlardan istifadə daha rahat olduğundan valideynlər də məmnuniyyətlə onları alır. Uşağa dərman içirmək də hər ananın hünəri deyil.     
Bəs bizdə “Nurofen” şamlarından geniş istifadə olunurmu? 

Məsələ ilə bağlı "Şərq"ə danışan pediatr Vaqif Qarayev “Nurofen” şamlarının Rusiyada qadağan edilməsinin səbəblərini bilmədiyini dedi

"Niyə qadağan olunub, deyə bilmərəm. Amma bizim ölkədə daha çox Parasetamol tərkibli şamlar istifadə olunur". 
Həkim bildirdi ki, dərman preparatının şam, həb, yaxud sirop şəklində olması təsir baxımından elə ciddi fərq daşımır.Sadəcə, uşaqlar siropu çətinliklə qəbul edirsə, şam qoymaq daha rahatdı".