Futbolçuları aparan avtobus qəzaya uğradı - Gənc futbolçu öldü

Futbol üzrə Qırğızıstan premyer-liqasında iştirak edən “Akademiya-Lider” klubunun futbolçularını aparan mikroavtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində komandanın 1997-ci il təvəllüdlü futbolçusu İlıç İmanbekov həlak olub.

Daha bir nəfər isə xəsarət alıb.

Qeyd olunur ki, mikroavtobus matçdan sonra Oş şəhərinə qayıdakən yolda digər avtomobillə toqquşub.