Fransa Azərbaycana yeni səfir göndərir


Fransanın Azərbaycanda yeni səfiri təyin olunub.
APA -nın Fransanın Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaxarie Qross (Zacharie Gross) bu ölkənin Azərbaycanda səfiri təyin edilib.
Qeyd edək ki, 2015-ci ildən Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Buşez olub.