Ermənistanın Cermuk kurort şəhərinin onlarla sakini bura səfər edən ölkənin Baş naziri Nikol Paşinyanı etiraz aksiyası ilə qarşılayıb. Aksiya iştirakçıları Amulsar qızıl yatağının istismar edilməsinə qarşı etiraz ediblər.
N.Paşinyan etirazçıların yataqla bağlı mövqelərindən xəbəri olduğunu deyib. Bununla belə, o qeyd edib ki, məsələni diqqətlə öyrənmək lazımdır.
Bundan sonra kütlə "Mədənsiz Amulsar" deyə qışqırmağa başlayıb və Baş nazir oradan uzaqlaşıb. N.Paşinyan yerli sakinlərin evlərinə daxil olaraq onlarla ayrıca söhbət etməyə çalışsa da, bu istəyi baş tutmayıb. Nümayişçilər N.Paşinyanı addımbaaddım təqib ediblər.
Sakinlərin iddiasına əsasən, Amulsar yatağı Göyçə gölünün ekoloji vəziyyətinə mənfi təsir göstərir.
Məlumdur ki, Paşinyan inqilabla hakimiyyətə gəldi, lakin görünən odur ki, ona qarşı ciddi etirazlar var. Maraqlıdır, bu etirazlar davamlı hal ala bilərmi?
Sualımızı cavablandıran politoloq Azər Rəşidoğlu Sherg.az-a açıqlamasında qeyd edib ki, Ermənistandakı son hadisələr Azərbaycanda 90-cı illərin hadisələrini xatırladır.
Politoloqun sözlərinə görə, Nikol Paşinyan baş verənlərin onun özü və bütövlükdə iqtidarı üçün nə qədər təhlükəli olduğunu anlayır:
“Bu gün o ölkədə baş verənlər Ermənistanın siyasi arenasında nə qədər kəskin xaosun, özbaşınalığın yaşandığının nümunəsidir. Qarabağ ermənilərinin bu məsələdə hücum taktikası seçmələri ölkə üçün qorxulu proqnozlarlar yaradır. Paşinyan onu da dərk etmir ki, artıq hökumətinin daxilində belə, qütbləşmələr gedir və həmin qütbləşmələr onun iqtidarının parçalanmasına səbəb olmaqdadır. Əgər o, Ermənistanın bütün maraq qruplarına ucdantutma “əl gəzdirəcəksə”, bu zaman onun düşmənləri sırasına böyük bir qoşun qatıla bilər. Bu oyun isə "Qarabağ klanı"nın əlinə oynaya biləcək bir haldır. Bütün bunların fonunda Qarabağ münaqişəsinin yenidən alovlana biləcəyi proqnozlaşdırılır. "Qarabağ klanı"nın yenidən güclənməsi isə Paşinyana müsbət heç nə vəd etmir.
Məsələ ondadır ki, Paşinyan "Qarabağ klanı"na qarşı mübarizə aparmağa çalışsa da, gücü yetmədi. Bu gün Paşinyana qarşı atılan addımların ilhamvericisi "Qarabağ klanı"dır. Gələcək proseslərdə və seçkilərdə narazı elektorat Paşinyana qarşı çıxacaq liderin ətrafında birləşməyə cəhd göstərəcək. Baş verənləri buna hazırlıq kimi dəyərləndirmək olar”.
Paşinyana qarşı etirazlar güclənir: "Qarabağ klanı" Nikolu dalana dirəyib
16:41 23.08.2019
Siyasət
451
Xəbər lenti
İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:11 25.04.2024
Gündəm
İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:11 25.04.2024
Gündəm
Ekspert: İntizam tənbehi direktorlara verilən yumşaldıcı cəzadır
17:02 25.04.2024
Təhsil
Timsah göz yaşları: Qərb qatili "qəhrəmanlaşdırır"
16:57 25.04.2024
Aktual
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:34 25.04.2024
Gündəm
Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!
Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!
16:22 25.04.2024
Gündəm
İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi
İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi
16:11 25.04.2024
Siyasət
Ceyranbatanda batan oğlanın axtarışları davam edir - VİDEO
Ceyranbatanda batan oğlanın axtarışları davam edir - VİDEO
16:00 25.04.2024
Hadisə
Amerikada yeni virus hazırlanır? -ŞOK İDDİA
15:50 25.04.2024
Sağlamlıq
Qarabağ probleminin həlli bu ölkələri narahat edir
Qarabağ probleminin həlli bu ölkələri narahat edir
15:43 25.04.2024
Aktual
Elmira Süleymanova dəfn edilib - YENİLƏNİB-1
Elmira Süleymanova dəfn edilib - YENİLƏNİB-1
15:32 25.04.2024
Hadisə
YAP Yaqub Mahmudova başsağlığı verdi - FOTO
YAP Yaqub Mahmudova başsağlığı verdi - FOTO
15:24 25.04.2024
Mədəniyyət
İranın məkrli niyyəti: Təbrizdə Ermənistan konsulluğu niyə açılır?
15:13 25.04.2024
Dünya
Azərbaycan əhalisi Tiktokun bağlanmasını istəyir - Sorğu
Azərbaycan əhalisi Tiktokun bağlanmasını istəyir - Sorğu
15:08 25.04.2024
Sosial
Mayın 1-dən ibtidai siniflər üçün yaz tətili başlayacaq
Mayın 1-dən ibtidai siniflər üçün yaz tətili başlayacaq
14:56 25.04.2024
Təhsil
Juninyo “Qarabağ”dan gedir? – Özü açıqladı
Juninyo “Qarabağ”dan gedir? – Özü açıqladı
14:40 25.04.2024
İdman