Məşhur rejissor faciəvi şəkildə öldü 


Məşhur rus rejissoru İqor Xomski ölüb.

REN TV xəbər verir ki, mədəniyyət xadimi avtomobil qəzasında dünyasını dəyişib.

Bu gün səhər saatlarında şəxsi avtomobili ilə hərəkətdə olarkən yol kənarında dayanmış “KamAZ” markalı yük maşınına çırpılan Xomski hadisə yerindəcə keçinib.

Qeyd edək ki, İqor Xomski Rusiyanın məşhur rejissor, senarist və aktyorudur. 1976-cı ildə Moskvada doğulan Xomski ən çox “Daş cəngəllik qanunları” serialı ilə məşhurlaşıb. Bundan əlavə, onun “Şaman” filmi də geniş auditoriyada məşhurdur.