Türkiyə "Pəncə" vurdu: 15 PKK-çı məhv edildi


Türkiyə ordusu Pəncə-3 əməliyyatı çərçivəsində İraqın şimalında PKK düşərgələrinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib.

Məlumata görə, zərbələr nəticəsində 9 PKK-çı məhv edilib.

Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri Pəncə-3 əməliyyatının başladığını bildirmişdi.

***

Pəncə-3 əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 15-ə çatıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.