Goranboyda qəza: Yaralılar arasında iki aylıq körpə də var


Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, şəhər ərazisində "Niva" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub.

Nəticədə, "Niva"nın sərnişini, 1964-cü il təvəllüdlü Məcnunbəyova Dinara Çingiz qızı ölüb.

Digər üç nəfər - Kondereva Ulduz Ruslan qızı, 2000-ci il təvəllüdlü Ramazanzadə Ruziyə Mübariz qızı və iki aylıq körpə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.