Çağatay saçlarını qırxdırmaq üçün 500 min aldı


Türkiyənin məşhur aktyoru Çağatay Ulusoyun Netflix şirkətinin ilk türk serialı olan "Hakan Muhafız"dan aldığı qonorarın məbləği açıqlanıb.

Oxu.Az xəbər verir ki, Ulusoyun hər bölüm üçün 500 min Türkiyə lirəsi (146 min manat) qazandığı məlum olub.

Aktyorun "Hakan Muhafız" serialına görə başını keçəl etdirdiyi də diqqətdən yayınmayıb.

Aktyorun keçəl görüntüsü tamaşaçılar arasında iki cəbhə yaradıb.

İndiyə kimi iki mövsüm yayımlanan serialın daha dörd mövsüm davam edəcəyi bildirilir.

Serialda Çağatay Ulusoyla yanaşı, digər populyar aktyorlar Hazal Ergüçlü və Ayça Ayşin Turan da yer alıb.