“Əgər İran prezidenti Həsən Ruhani amerikalı həmkarı, az qala dəli adlandırdığı Donald Trampla görüşə razılıq veribsə, demək ali dini lider Əli Xamaneyinin xeyir-duasını alıb”. Sherg.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu feysbuk profilində yazıb.
Analitik bildirib ki, İranın xarici işlər naziri Məhəmməd Zərifi ali dini liderin icazəsi olmadan “böyük yeddilərin” toplantısını yaxından izləmək üçün Fransaya getməzdi:
“Həsən Ruhani son çıxışında deyib ki, “əgər bir şəxslə görüşmək ölkənin rifahına səbəb olacaqsa, buna hazıram”. Aydındır ki, Ruhani “bir şəxs” dedikdə Donald Trampı nəzərdə tutur. Halbuki, hələ son günlərə qədər Ruhani belə bir görüşün mümkünlüyünü bu sözlərlə inkar edirdi: “Sizinlə necə görüşək ki, hamımıza qarşı sanksiya tətbiq etmisiniz”.
İndi isə bu maneə sayılmır. Bəs Ruhaninin siyasətinin dəyişməsinə nə rəvac verib? Cavab sadədir: İran iqtisadiyyatı sanksiyalar ucbatından ağır günlərini yaşayır, sosial problemlərin həlli mürəkkəbləşir. Vəziyyət o qədər ciddidir ki, İran hökuməti və parlamenti gələn ilin büdcəsini neft gəlirləri olmadan formalaşmasını düşünür. Yəni Tehran hətta “nefti sata bilməyəcəyik” durumuna da hazırlaşır. İran prezidenti bu vəziyyətdən çıxış yolu axtararkən xarici siyasətdə korrektəyə üstünlük verir. Zərifinin Fransaya səfəri, Tehranın “bizə neft satmağa imkan versələr uranın zənginləşdirilməsi məsələsinə yenidən baxa bilərik” açıqlaması və nəhayət Həsən Ruhaninin Trampla görüşə biləcəyi açıqlaması da siyasətin korrektəsindən xəbər verir. Yəni Həsən Ruhani bu sözləriylə də işarə edir ki, İranın problemlərini həll etmək üçün Amerika ilə təmaslara başlamaqdan başqa yolu yoxdur”.
Siyasi şərhçinin sözlərinə görə, artıq rollar dəyişib, əvvəl Donald Tramp iranlı həmkarına görüş təklif edirdi, Ruhani görüşdən imtina edirdi, indi isə Həsən Ruhani görüşmək istəyir:
“Ağ Ev sahibi tələsmir. Məsələ burasındadır ki, bəlkə də Həsən Ruhani elə ilk gündən amerikalı həmkarı ilə görüşə hazır idi. Ancaq onun əl-qolunu ali dini liderin və İslam Keşikçiləri Korpusunun mövqeyi bağlayırdı. Çünki hər iki güc Həsən Ruhaninin və Məhəmməd Zərifinin amerikalı həmkarlarıyla mümkün təmaslarına qadağa qoymuşdu. Bunun nəticəsidir ki, Məhəmməd Zərifi Nyu-Yorkda BMT toplantısında olarkən amerikalı yüksək rütbəli diplomatlardan biri ona Vaşinqtona səfər edib Donald Trampla görüşməyi təklif etdikdə İranın xarici işlər naziri dərhal imtina etmişdi, çünki bu görüşə onun icazəsi yox idi. İndi isə tərsinə iranlı rəsmilər görüşə hazır olduqlarını bildirirlər. Çünki, İran iqtisadiyyatı ali dini lideri və İslam Keşikçiləri Korpusunun də mövcud vəziyyətdən çıxış yolları axtarmağa vadar edir”.
E.Şahinoğlunun fikrincə, İran-Amerika razılaşması Azərbaycanın da xeyrinədir:
“Hər ikisi Azərbaycanın tərəfdaşıdır və Azərbaycan bu iki dövlət arasında seçim qarşında qalmaq istəmir. Məsələn rəsmi Bakı həllə illər öncəsi Rəşt-Astara dəmiryolunun çəkilməsi üçün 500 milyon dollar kredit ayıracağını açıqlamışdı. Bu o illər idi ki, Amerika prezidenti Barak Obama idi və İranla nüvə anlaşması yenicə imzalanmış və bölgədə gərginlik azalmağa doğru gedirdi. Tramp hakimiyyətə gəldi və nəinki İrana, İranla əməkdaşlıq edən ölkə və şirkətləri sanksiyalarla hədələdi. Nəticədə 500 milyon dolların bank köçürülməsi vasitəsilə İrana verilməsi çətinləşdi. Bu dəmiryolu İran kimi Azərbaycanın da maraqlarına cavab verir, artan daşımalar yolu ilə bölgədə Azərbaycabnın rolunu artıracaq. Təkcə bu məsələnin müsbət həlli üçün İran-Amerika münasibətlərinin normallaşması Azərbaycanın maraqlarına cavab verir. Ancaq Trampla Ruhaninin bir görüşü ilə iki ölkə arasındakı münasibətlərin yoluna qoyulacağını gözləmək çətindir”.
İran-Amerika münasibətləri normallaşır: Bu Azərbaycanın da maraqlarına cavab verir
17:55 27.08.2019
Dünya
430
Oxşar xəbərlər
Xəbər lenti
Bəzi yollarda duman olacaq
23:49 28.03.2024
Gündəm
"Krokus" teraktı: Simonyan son anda necə xilas oldu?
23:37 28.03.2024
Dünya
Juninyo Fransa klubuna keçir? - “Qarabağ” rəsmisindən açıqlama
23:29 28.03.2024
İdman
Simonyan və Sahibə Qafarovanın növbəti görüşü nə vaxt olacaq?
23:18 28.03.2024
Siyasət
Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş
22:54 28.03.2024
Siyasət
Dostunun ad günündə dava saldı: Həbs olundu
22:42 28.03.2024
Hadisə
Fələstin prezidenti yeni hökumətin tərkibini təsdiqləyib
22:22 28.03.2024
Gündəm
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
22:00 28.03.2024
Siyasət
DİN-dən müraciət: Bu məlumatları paylaşmayın!
21:54 28.03.2024
Gündəm
Lavrovdan şok: NATO artıq Ermənistana girir
21:16 28.03.2024
Dünya
Lavrov: Ermənistan Rusiya ilə münasibətlərin pozulmasına çalışır
20:08 28.03.2024
Dünya
"Crocus"dakı terror aktı ilə bağlı daha bir şübhəli saxlanılıb
19:53 28.03.2024
Dünya
Ölkədə icbari sığorta üzrə daxilolmalar azalıb
19:44 28.03.2024
Cəmiyyət
Aİ rəsmiləri İrəvana və Bakıya səfər edəcək
18:59 28.03.2024
Gündəm
AYNA taksilərlə bağlı tələblərə aydınlıq gətirib
18:31 28.03.2024
Gündəm
Sabah bu rayonda qaz təchizatında fasilə yaranacaq
18:20 28.03.2024
Sosial
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı
18:07 28.03.2024
Gündəm
Əfqanıstanda 5,7 maqnitudalı zəlzələ olub
Əfqanıstanda 5,7 maqnitudalı zəlzələ olub
17:57 28.03.2024
Dünya
Əlil maşınlarında taksi fəaliyyəti göstərmək qadağan olundu
Əlil maşınlarında taksi fəaliyyəti göstərmək qadağan olundu
17:52 28.03.2024
Cəmiyyət
Qurban Qurbanovla Elvin Cəfərquliyev arasında GƏRGİNLİK
Qurban Qurbanovla Elvin Cəfərquliyev arasında GƏRGİNLİK
17:45 28.03.2024
İdman
Mirşahin Ağayev Prezidentə təşəkkür etdi - Foto
Mirşahin Ağayev Prezidentə təşəkkür etdi - Foto
17:39 28.03.2024
Gündəm
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:35 28.03.2024
Mədəniyyət
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:24 28.03.2024
Cəmiyyət
Uçot dərəcəsi azaldıldı: Kredit faizləri düşəcək?
17:17 28.03.2024
İqtisadiyyat