Xalq artistinin oğlu: "Sağalmasa, ölkəyə qayıtmayacaq"

Xalq artisti Yalçın Rzazadənin ikinci kurs müalicəsinə başlanılıb.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artistinin oğlu Mətin Rzazadə deyib. O, atasının səhhətinin hazırda normal olduğunu bildirib:

“Atam hələ Azərbaycana qayıtmayıb. Hazırda vəziyyəti normaldır, danışmasında, yeriməsində heç bir problem yoxdur. Həkimlər deyir ki, tam sağalmasa, Azərbaycana gəlməsinə icazə verməyəcəklər. Bu yaxınlarda xəstəxanadan 3-4 günlük buraxmışdılar ki, bədəni dincəlsin, istirahət etsin. Avqustun 19-dan müalicənin ikinci kursuna başlanılıb. Ağır müalicədir, nə vaxt başa çatacağı hələ məlum deyil. Ola bilsin ki, atam hələ 3-4 ay da Türkiyədə qalsın”.