Sosial şəbəkələrdə azyaşlının avtomobil idarə etməsi barədə görüntülər yayılıb. Baş Dövlət Yol Polisi İdarəsi (DYP) azyaşlının avtomobil idarə etməsi ilə bağlı yayılan videoya münasibət bildirib.
DYP-dən bildirilib ki, hadisə ötən gün Mingəçevir şəhəri ərazisində baş verib: "Sükan arxasında azyaşlının oturması faktı aşkar edilib. Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən sürücü barəsində inzibati protokol tərtib edilib".
Hadisəni dəyərləndirən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov Sherg.az-a bildirib ki, bu cür hallarda validyenlər cinayət məsuliyyətinə cəlb olunmalı və cərimələnməlidirlər.
Ekspertin sözlərinə görə, sürücülük vəsiqəsinin alınması üçün hər kəsə müəyyən yaş məhdudiyyəti qoyulur:
“Məsələn, avtobus sürücülərinin də yaş məhdudiyyətləri var. Çünki onlar təcrübəli olmalıdırlar. Bəzi yerlərdə vərdişləri öyrənmək və hərəkətin təhlükəsizliyinə mane olmamaq şərti ilə valideynlər uşağın yanında olanda övladlarına maşın sürməyi öyrətməlidirlər. Bu elə də çətin məsələ deyil. Amma avtomobil yollarında, traslarda və nəqliyyat vasitələrinin çox olduğu yerlərdə sürücülük vəsiqəsi olmayan azyaşlıların maşını sürməsinə icazə verilmir. Hazırda nəqliyyat vasitələrinin sahibləri maşını sürürlər və yaxud müəyyən zəmanətlə başqa adamlar da sürə bilər. Eyni zamanda yanında avtomobil sahibi olan şəxslərin də maşını sürməsinə icazə verilir. Bu şərtlə ki, onun sürücülük vəsiqəsi olsun. Bəziləri azyaşlı uşaqlara maşın verirlər. İndiki halda nəqliyyat vasitəsini sürmək çox rahatdır. Çünki müəyyən avtomatlaşdırılmış sürət qutusudur və yalnız sükanı tuturlar. Ama təhlükə yaranan zaman həmin azyaşlının reaksiyası deyilən vaxt var. Bu zaman müəyyən çətinliklər yaranır. Buna görə də hərəkət sıx olan və nəqliyyat vasitələri başqası ilə kəsilən yerlərdə azyaşlıların maşın sürməsi qadağandır. Bəzi valideynlərə maraqlı gəlir ki övladları sükan arxasında otursun. Bəzi uşaqlar da validyenlərindən xəbərsiz maşını idarə edirlər. Lakin bu böyük təhlükələrə səbəb ola bilər. Əlbəttə belə halda əsasən validyenlər də cərimələnməlidir. Onlar da məsuliyyətə cəlb edilməlidir. Hər bir valideyn istəyər ki övladı nəqliyyat vasitəsinbi idarə etsin. Amma bu zamçan müəyyən qayda-qanuna əməl etməlidirlər”.
Azyaşlıya maşın etibar etmək olmaz: Valideynlər məsuliyyətini dərk etməlidir
17:02 29.08.2019
Gündəm
3566
Oxşar xəbərlər
Xəbər lenti
ABŞ Rusiyanın enerji sektoruna sanksiya tətbiqini davam etdirəcək
23:44 23.04.2024
Dünya
Qriqoryan Rusiyaya getməyəcək
23:36 23.04.2024
Dünya
III Dünya savaşı davam edir - Podolyak
23:20 23.04.2024
Dünya
Vəziyyət Ukraynanın xeyrinə dəyişmir - Kirbi
23:13 23.04.2024
Dünya
Vəziyyət Ukraynanın xeyrinə dəyişmir - Kirbi
23:13 23.04.2024
Dünya
Rusiyada müdafiə nazirinin müavini saxlanıldı
22:51 23.04.2024
Gündəm
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
22:17 23.04.2024
Dünya
Britaniya bu ölkəyə qırıcılarını göndərəcək
21:48 23.04.2024
Dünya
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsi…
21:39 23.04.2024
Siyasət
SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü
20:57 23.04.2024
Gündəm
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
20:45 23.04.2024
Cəmiyyət
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
20:32 23.04.2024
Siyasət
Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
19:59 23.04.2024
Gündəm
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
19:46 23.04.2024
Gündəm
Prezident: Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:24 23.04.2024
Gündəm
Brayza Azərbaycan və Ermənistanın normallaşma prosesindən danışıb
19:16 23.04.2024
Siyasət
“Laçın" sərhəd məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
19:02 23.04.2024
Gündəm
Bayramovun 4 kəndin qaytarılması barədə açıqlaması
18:55 23.04.2024
Gündəm
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
18:45 23.04.2024
Təhsil
Prezident Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:36 23.04.2024
Siyasət
Prezident quru sərhədləri barədə danışıb
18:28 23.04.2024
Gündəm
İlham Əliyev forumda iştirak edib -YENİLƏNİB
İlham Əliyev forumda iştirak edib -YENİLƏNİB
18:02 23.04.2024
Gündəm