Trampı öz xanımı ilə pis rəftarına görə topa tutdular 


ABŞ Prezidenti Donald Tramp ölkənin birinci xanımını, adətən, itləri çağırmaq üçün istifadə olunan jestlə yanına çağırıb.

"RİA Novosti"nin verdiyi xəbərə görə, "Twitter"də yayılan həmin görüntü heç də birmənalı qarşılanmayıb və bir çoxlarını qəzəbləndirib. 

Yazıçı Ceyms Feltonun dərc etdiyi kadrlarda Tramp əlini ayağına vuran kimi Melaniya onun yanına qaçır. 

Postun müəllifi videonu Trampın öz sözləri ilə şərh edib:

"Heç kim qadınlara məndən çox hörmət etmir".

Aşağıdan isə "zarafatyana" Prezidentin adından əlavə edib: "Bura gəl, qızım! (ayağına vuraraq) Bura gəl, arvadım! Afərin!"