Tanınmış jurnalist yeni sayt açdı


Azərbaycanda "Azpost.info" adlı yeni internet qəzet fəaliyyətə başlayıb.
"Sherg.az"ın məlumatına görə, yeni media layihəsi olaraq internet-qəzet modelini seçən Azpost.info saytı ölkə və dünyanın əsas xəbərlərini oxuculara çatdırmaqla icitmai – siyasi, sosial, mədəni sahədə baş verən proseslərin analitik təhlillərini təqdim etməyi nəzərdə tutur.
Oxucular onlayn qəzetdə cəmiyyətdə geniş müzakirəyə səbəb olan problemlərlə bağlı publisistik yazıları, müsahibələri oxuya biləcəklər. Azərbaycanın turizm, aqrar sektoru, həmçinin ölkə iqtisadiyatının əsas sahələrinin uğur və problemləri saytın diqqətində olacaq.
Qeyd edək ki, internet qəzetin baş redaktoru tanınmış jurnalist Xaqani Səfəroğludur.