“Partiya sədri o vaxt blogerlik edir ki, artıq onun sosial bazası olmur

 Son günlər AXCP sədri Əli Kərimli illər öncə baş verib hüquqi həllini tapmış məsələləri yenidən gündəmə gətirərək cəmiyyətdə çaşqınlıq yaratmaq istəyir. Ə. Kərimlinin bu cür davranış sərgiləməsində əsas məqsəd hakimiyyətlə xalq arasında bir uçurum yaratmaqdır. 

Buna baxmayaraq o istəyinə nail olmayıb, olmayacaq da. Ə.Kərimli sanki bir partiya sədri kimi yox, məhz bloger olaraq fəaliyyət göstərib ara qarışdırır və özünü daha da gülünc duruma salır.

Məsələ ilə bağlı “Sherg.az”a danışan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev söyləyib ki, Əli Kərimlinin heç bir əsası olmayan və reallığa söykənməyən boş arqumentləri cəfəngiyyatdır. 

Baş redaktorun sözlərinə görə, siyasi partiya sədri o vaxt bloger kimi çıxış etməyə başlayır ki, artıq onun sosial bazası olmur:

“Yalnız kompüter arxasında onun müxalifliyi sırf bloger kimi yazısından ibarət olur. Məlumdur ki, Ulu Öndər hakimiyyətə gəlməzdən öncə ölkəmizdə anarxiya və xaos hökm sürürdü. O dövrdə Heydər Əliyevə nə hakimiyyət, nə də vəzifə lazım idi. O xalqın lideri və Azərbaycanın xilaskarı kimi müəyyən missiyanı üzərinə götürdü. Ümummili lider xalqımızın səsinə səs verdi”.

B.Quliyev qeyd edib ki, Əli Kərimlinin nə hərbdən, nə beynəlxalq münasibətlərdən, nə də diplomatik məsələlərdən xəbəri var:

“Əli Kərimlinin yadından çıxıb ki, AXCP-nin xalqın başına gətirdikləri, vurduqları ziyanı 26 ildir ki hakimiyyət yığıb-yığışdıra bilmir. Əli Kərimli indiki dövrlə uzalaşa bilmir. O həqiqətən də “lider” olsaydı, niyə oturub blogerliklə məşğul olurdu? Həqiqətən də siyasi partiya kimi ciddi işlər görərdi. O dağıdıcı, radikal və xaricdən gələn qrantları əldə etməklə məşğuldur. Əli Kərimlinin qrantları yığmaqda məqsədi kiməsə böhtan və şər atmaq, hakimiyyəti xalqın gözündə salmaq və xalqın birliyinə xələl gətirməkdir.

Amma o zamanlar ulu öndərimiz atəşkəsə nail olmaqla Azərbaycanı qorudu. Daha sonra isə iqtisadi layihələrin və dövlət proqramlarının həyata keçirilməsi, insan haqlarının qorunması prosesini başlatdı. Heydər Əliyev müasir və yeni bir Azərbaycan yaratdı”.