Gürcüstan baş verən insidentlə əlaqədar istintaq başlayıb


Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) parlament binası qarşısında baş vermiş insidentlə əlaqədar  istintaq başladıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Utanc" aksiyasının  iştirakçıları ilə "Patriotlar Alyansı"dan olan millət vəkili Emzar Kvitsiani arasında baş verən qarşıdurmada iştirak edənlər dindiriləcək.

Gürcüstan DIN-nin məlumatında qeyd edilib ki, parlament binası yaxınlığında baş verən hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən istintaq başlayıb. İstintaq çərçivəsində  hadisədə iştirak edən şəxslər dindiriləcək, həmçinin mövcud video yazıları araşdırılacaq. Bundan sonra məsələyə müvafiq hüquqi qiymət veriləcək.