Şəhidin qızı ürək dağladı: "Anam ağlayır, kim öldü?" - FOTOLAR



 Türkiyənin Mardin şəhərinin Ömərli qəsəbəsində PKK terrorçularının hücumuna məruz qalaraq  şəhid olan Mardin Xüsusi Hərəkat Şöbə Müdiri Tufan Kansuva Ankarada gözyaşları arasında son mənzilə yola salınıb.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, Tufan Kansuva Ömərli qəsəbəsinin Harmankaya mövqeyində terrorçuların hücumu nəticəsində yaralanıb.

Hərbçi xəstəxanada bütün müdaxilələrə baxmayaraq şəhid olub. Şəhid Kansuva üçün bu gün Ankarada dəfn mərasimi təşkil edilib.



Mərasimə CHP lideri Kamal Kılıçdaroğlu, daxili işlər naziri Süleyman Soylu və digər tanınmış simalar qatılıb.
Dəfn mərasimində şəhidin həyat yoldaşı Canan, anası Nebahat və atası Nəcati Kansuva və digər yaxınları başsağlığılarını qəbul ediblər. Şəhidin 9 yaşlı qızı İdil ilə 6 yaşlı qızı Nil də mərasimdə görünüb. Atalarının şəhid olduğundan xəbərsiz olan uşaqlar, məscidin həyətində xüsusi hərəkat polisləriylə vaxt keçirib. Xüsusi hərəkat polisi, şəhidin böyük qızı İdilə, "Haydı, ananın yanına gedək" deyib. İdil isə qarşılığında, "Anam ağlayır, kim öldü?" deyə soruşur. Polisdən cavab ala bilməyən İdil daha sonra anasının yanına gedərək gözyaşları töküb.




Sonda şəhidin cənazəsi Karşıyaka qəbiristanlığındakı Polis Şəhidliyinə aparılaraq gözyaşları arasında torpağa tapşırılıb.



Turan