“Belə vəziyyətdə son kart da Paşinyanın əlindən çıxmış olacaq” – Millət vəkili

“Amulsar qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən istismar edilməsi ilə bağlı əldə edilən razılaşma Paşinyan hökumətinin növbəti uğursuzluğuna çevrilib”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, layihə erməni ictimaiyyətinin ciddi narazılığa səbəb olub: 

“Layihə təkcə daxili narazlıq yaradan hadisə kimi deyil, eyni zamanda həm də Ermənistanın xarici siyasətində ciddi problemlər yarada biləcək olay kimi qiymətləndirilir. Əgər daxili narazılıq ekoloji problemlər və şirin su mənbələrinin yox olma ehtimalı ilə əsaslandırılırsa, xarici siyasətdə narazılıqlar Ermənistana Qərb investisiyasının cəlb edilməsi ilə Ermənistanda Rusiya sərmayəsinin sıxışdırlması ilə əlaqələndirilir. Beləliklə daxili və xarici siyasətlə əlaqələndirilən təhdidlər Paşinyanı çıxılmaz vəziyyətə salamaqdadır.

Hər iki faktor getdikcə daha təhlükəli həddə çatmaqdadır. “Lydian Armenia” şirkətinin işləri bərpa etməsi üçün 2020-ci ilə qədər fasilə götürməsi Paşinyan üçün siyasi “nəfəslik” rolunu oynaya bilər.

Ancaq bir qədər sonra onun bu problemlə daha ciddi və sərt şəkildə üzləşəcəyi qaçılmazdır. Paşinyanın vəziyyətdən optimal çıxış yolu tampası faktiki olaraq mümkün deyil. Çünki 2020-ci ildə yatağın istismarı ilə bağlı işlərin yenidən başlayacağı təqdirdə Paşinyana şimal mənşəli təzyiqlərin başlanacağı istisna edilmir”. 

Parlament üzvü bəyan edib ki, layihənin realizə olunması olduqca mürəkkəb görünür

“Əsas məsələ isə odur ki, belə vəziyyətdə Paşinyanın ictimai rəyi manipuliyasiya etdiyi son kart da onun əlindən çıxmış olacaq. Çünki məhz Amulsar qızıl yatağından əldə etdiyi gəlirlərə güvənərək 2025-ci ildən sonra Ermənistan iqtisadiyyatında sıçrayışlı inkişafın olacağı vədini vermiş Paşinyan bunu yerinə yetirə bilməyəcək.

Əgər o vaxta qədər hakimiyyətdə qalmağı bacarsa belə ondan sonra hakimiyyətlə mütləq vidalaşmalı olacaq. Ancaq hazırda bu məsələnin təkcə Ermənistanın daxilində deyil, xaricdə də fəal müzakirə mövzusuna çevrilməsi Ermənistanın qərb mənşəli tərəfdarlarının Paşinyana təzyiqi ilə nəticələnə bilər.

Çıxış yolu tapmaması baş naziri dilemma qarşısında qoyaraq siyasi intiharına gətirib çıxara bilər. Ona görə də Paşinyan erməni xalqını sülhə hazırlamalı və Azərbaycanın işğal edilmiş torpaqlarından öz quldur dəstələrini çəkməlidir. Paşinyanın başqa çıxış yolu yoxdur”.