Məktəbli forması ilə bağlı monopoliya qurulub ? - AÇIQLAMA

“Ölkədə məktəbli formasının istehsalını yalnız Bakı Tikiş Evinə(BTE) həvalə etmək doğru deyil”.


Bunu  “Sherg.az”a məktəbli formaları ilə bağlı yaranan etirazlarıın səbəblərini izah edərkən iqtisadçı- ekspert Nazim Bəydəmirli bildirib.

Onun sözlərinə görə,  məktəbli formasının istehsalının ancaq BTE-yə verilməsi insiharçılığın bir növüdür:



“Fikrimcə, məktəbli formalarını ayrı-ayrı məktəblərin təyin etməsi daha yaxşı olar. Yəni, paltarların formasını, rəngini  məkəb seçib, valdeynlərə verməlidir. Eyni zamanda valideynlərə o paltarları hansı istehsalçıda tikdirməlidirlər və  ya haradan almalıdırlar kimi seçimlərdə azadlıq verməlidirlər.

Lakin məktəbli geyimləri istehsalının yalnız BTE-yə həvalə olunmasını müsbət dəyərləndirmirəm. Bunu insiharçılıq kimi dəyərləndirirəm. Bu konteksdən valideynləri dəstəkləyirəm. Bu sahədə monopoliya qurulub.

BTE-nin ayaqda qalması üçün bütün sifarişlərin ona verilməsi bazarda rəqabəti azaldır. Bu addım bazar iqtisadiyyatı tələblərinə ziddir. Hesdab edirəm ki, doğru tensensiya deyil”.