“Paşinyan və “Qarabağ klanı” arasında savaş...” – ŞƏRH 

 “Paşinyan “Qarabağ klanı”ndan ehtiyat edir”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. 

Siyasi şərhçinin sözlərinə görə, “Qarabağ klanı” hakimiyyəti illərində Ermənistanda korrupsiyanı çiçəkləndirib: 



Paşinyan anlayır ki, “Qarabağ klanı” hələ 1997-ci ilin martında Ermənistanın bütün güc strukturlarını öz nəzarətinə keçirib. 1998-ci ilin martında isə onlar bütün Ermənistanda hakimiyyətə gəliblər. “Qarabağ klanı”nın hakimiyyəti dövründə - 1999-cu ilin oktyabrında parlamentdə 8 təcrübəli siyasətçinin ölümü ilə nəticələnən insident baş verib.

Hadisələrin inkişafı Paşinyanın əleyhinə də, lehinə də istiqamətləndirilə bilər. Baş nazirin Qarabağ səfərində separatçı rejimin rəhbərləri ilə görüşdə nədə razılaşıb-razılaşmadığı sonrakı mərhələdə çox hadisələrə təsir edə bilər. Xankəndinin özündə də mövcud separatçı hakimiyyətə müxalif olan qüvvələr bundan istifadə etməklə, həmçinin, Paşinyandan dəstək almaqla rejim dəyişikliyinə getməyə çalışa bilərlər”. 

Analitikin sözlərinə görə, separatçı rejimin başında Sarkisyana yaxın bir adamın qalması Paşinyanın idarəetməsində ona mane olacaq əsas əngəllərdən biridir: 

“Əslində özünə yaxın bir simanın separatçı rejimin başında olması Paşinyan üçün çox vacibdir.  Bu baxımdan, Paşinyan və “Qarabağ klanı” arasında savaşın qanlı olacağını ehtimal edə bilərik”.