Məktəblərin ətrafında piyada keçidləri yenilənir


Orta məktəblərin ətraflarında şagirdlərin və digər piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud piyada keçidlərinin yenilənməsi işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən "Sherg az"a verilən məlumata görə, son iki həftə ərzində 30-dan artıq məktəb binasının ətrafında "piyada keçidi" üfuqi yol nişanlanma xətti bərpa edilib.

Ümumilikdə ayın sonunadək 100-dən çox məktəbin ətrafında müvafiq işlərin görülməsi, çatışmayan yol nişanlarının quraşdırılması nəzərdə tutulub.