Qazaxıstanda silah anbarı partladı: yaralananlar var


Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış qeydə alınıb.

"Sherg.az" virtualaz.org-a istinadən bildirir ki, hadisə anbardakı silah-sursatları təmizləyən zaman baş verib. Nəticədə dörd nəfər yaralanıb.

Bildirilir ki, yaralılar Almatıdakı hərbi klinik xəstəxanaya çatdırılıblar. Hadisə ilə əlaqədar hərbi polis yoxlama aparır.