Zurabişvilinin oğlu Makronun yanında işə düzəldi


Gürcüstan Prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani Fransa Prezidenti Emmanuel Makronun administrasiyasında işə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.

Məlumata görə, Qorcestani Yelisey sarayının diplomatik şöbəsinin əməkdaşı təyin edilib. Burada o, Asiya, Şimali və Latın Amerikası üzrə məsələlərlə məşğul olacaq.

Buna qədər Teymuraz Qorcestani Fransanın Nyu Yorkdakı BMT missiyasında, həmçinin Fransanın Londondakı səfirliyində çalışıb.