İstanbulda robot-ofisiantlar müştərilərə xidmət göstərməyə başlayıb


Türkiyənin İstanbul şəhərində yerləşən kafelərdən birində artıq ofisiantların əvəzinə robotlar müştərilərə xidmət göstərməyə başlayıb.

Azvision.az xəbər verir ki, hələlik kafedə 3 robot-ofisiant işləyir, ancaq onların sayını 2 dəfə artırmaq planlaşdırılır. Xarici ölkədən satın alınmış həmin robotlar türkiyəli mütəxəssislər tərəfindən proqramlaşdırılıb.

Robot-ofisiantlar masaların nömrələnməsini bilir, danışır və çox çalışqandırlar ki, bu da müştərilərin xoşuna gəlir. Bu, Türkiyədə kafelər üçün tamamilə yeni formatdır. İndi sözügedən kafe çox populyardır, robotlar isə vizit kartına çevrilib.