Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürdü


Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürüb.
Bu barədə APA -ya Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun özü məlumat verib.
O bildirib ki, Müsavat başqanlığına namizəd olacaq: “Məndən başqa, hazırkı başqan Arif Hacılı və Yadigar Sadıqlı da başqanlığa namizəd olacaqlarını bildiriblər”.
Y. Sadıqlı da APA -ya bildirib ki, Müsavat başqanlığına namizəliyini irəli sürəcək.
Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulub.