Qadın iki körpəsi ilə birlikdə dəm qazından boğuldu 


Gürcüstanda bir ailənin üç üzvü bədbəxt hadisə nəticəsində ölüb.
APA -nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Zestafoni rayonunda ana və iki körpəsi mənzildə dəm qazından boğulub. Körpələrin 2 və 4 yaşlarında olduğu bildirilir. Hadisə ötən gecə baş versə də, qohumlarıbu gün xəbər tutublar.
Faktla bağlı araşdırma aparılır.