“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi”



“15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və bütövlüyünü təcəssüm edən bir tarixi gündür”.

"Bu sözləri “SinerjiPro”-nın rəhbəri, tanınmış iqtisadi analitik Ufuk Aydın deyib.

“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən çətin vaxtında Qafqaz İslam Ordusunun köməyi və dəstəyi daşnak-bolşevik qüvvələrinin planlarını puça çıxartdı. Komandan Nuru Paşa və onun əsgərləri qəhrəmanlıqla döyüşərək düşmənin məğlub edilməsindən böyük rol oynadılar. Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi. 

Minlərlə insanımız torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Həmin vaxt Azərbaycanı yox etmək istəyən qüvvələrin arzuları ürəklərində qaldı. Hadisələrin üzərindən yüz illər keçsə belə, 15 sentyabr Türk tarixinin möhtəşəm, əzəmətli və qürur günüdür”.