Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi başlayır


Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 3-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 19 dövlət orqanında 578 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

Mərkəzdən Lent.az -a verilən məlumata görə, müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları qurumun internet portalındayerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər oktyabrın 17-dən saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (452 vəzifə) və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (37 vəzifə) təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunan vakant vəzifələr haqqında məlumat belədir:

1. Qida Təhlükəsizliyi Agentliyi (452 vəzifə) – AA4 altqrupu üzrə 1, AB1 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 6, AB3 altqrupu üzrə 9, AC1 altqrupu üzrə 5, AC3 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 57, BA3 altqrupu üzrə 21, BA4 altqrupu üzrə 21, BB3 altqrupu üzrə 136, BB4 altqrupu üzrə 194 vəzifə

2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (37 vəzifə) – AC4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 33 vəzifə

3. Maliyyə Nazirliyi (9 vəzifə) – BA4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 7 vəzifə

4. Təhsil Nazirliyi (11 vəzifə) –BA4 altqrupu üzrə 8, BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 2

5. Şəki Ağır Cinayətlər Məhkəməsi (4 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 3 vəzifə

6. Şirvan Apelyasiya Məhkəməsi (15 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 14 vəzifə

7. Milli Televiziya və Radio Şurası (2 vəzifə) – AA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 1 vəzifə

8. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində BA4 altqrupu üzrə 2 vəzifə

9. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (2 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 1 vəzifə

10. Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 5 vəzifə

11. Bakı şəhəri Qaradağ rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə

12. Astara rayon Məhkəməsində BB4 altqrupu üzrə 7 vəzifə

13. Qobustan rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

14. Salyan rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

15. Masallı rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə

16. Hacıqabul rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

17. Şəki Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 9 vəzifə

18. Yevlax rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə

19. Balakən rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 578 vakant vəzifənin 2-si 3-cü təsnifata, 7-si 4-cü təsnifata, 92-si 5-ci təsnifata, 16-sı 6-cı təsnifata, 461-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AA, 16-sı AB, 65-i AC, 78-i BA, 414-ü isə BB vəzifə qrupuna aiddir.