7 ay ərzində Azərbaycanda 80 minə yaxın körpə doğulub


Cari ilin yanvar-iyul ayları ərzində 79 min 861 körpə doğulub. Həmin göstərici əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb. Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1844-ü əkiz, 48-i isə üçəmdir.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ilin 7 ayı ərzində ölkədə 33 min 647 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 6,1-dən 5,8-ə düşüb.