“Əsrin kontraktı” Azərbaycanın güclü iqtisadi bazasının formalaşmasında müstəsna rol oynadı"


20 sentyabr 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalanıb. Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynaıb, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib.



“Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi, siyasi və sosial həyatı üçün əhəmiyyətindən danışan millət vəkili Vahid Əhmədov “Sherg.az”a söyləyib ki, bu müqavilə XX əsrin kontraktı adlanır. 

“Bu müqavilənin ölkəmizə müsbət təsirləri çox böyük olub. “Əsrin Müqaviləsi” ilə Azərbaycan nefti dünya bazarına çıxarıldı. Bununla ölkəmiz iqtisadi mənfəət əldə etməklə yanaşı həm də, bir çox ölkələrlə əlqələrini gücləndirdi, strateji tərəfdaşları artdı, dünyada nüfuzu yüksəldi.

Azərbaycan bu layihə ilə Avropaya açıldı. “Əsrin müqaviləsi”ndən sonra Azərbaycan ciddi dərəcədə öz iqtisadi durumunu toparladı. Ölkədə əhalinin rifahı yüksəldi.

“Əsrin Müqaviləsi” XX əsrində bağlansada, bu kontraktın davamı olan geniş layihələr XXI əsrdə Azərbaycanın gücünə güc qatır.

Ölkəmizin inkişafını sürətləndirir. XX əsrdə Ümumilli Liderimiz Heydər Əliyevin böyük səyləri nəticəsində imazalanan bu müqavilənin Azərbaycana müsbət təsirləri çox olacaq. “Əsrin kontraktı” Azərbaycanın güclü iqtisadi bazasının formalaşmasında müstəsna rol oynadı