74 min pulu mənimsəyən mühasibə hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Vahid Məcid Ehtiram oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA -nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Vahid Məcid işlədiyi "Baku Trans" MMC-nin 74 min manatın pulunu mənimsəməkdə təqsirli bilinir. Belə ki, o, mühasib işlədiyi şirkətdə bilet satışında gələn gəliri mənimsəyərək ölkədən qaçıb. Onun barəsində beynəlxalq axtarış elan edilib və Moskvada saxlanılaraq Azərbaycana təhvil verilib.