Avtomobil dərəyə aşdı: yaralıların vəziyyəti kiritikdir - RƏSMİ


Xəbər verdiyimiz kimi, Qubanın Söhüb kəndində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu maşın aşıb və iki nəfər (Zahid Qurbanov və Namiq Rüstəmov) aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Bununla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az -a bildirilib ki, hazırda hadisə nəticəsində yaralanan iki nəfər ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstaxanasına aparılır.

Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi, eləcə də Təcili Tibbi Yardım briqadalarının həkimləri də hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər.