Messiyə görə İkardi "qara siyahıda"


PSJ-nin yeni transferi Mauro İkardi kollektivə heç cür uyğunlaşa bilmir. 

"Sherg.az" sportinfo.az-a istinadən xəbər verir ki, İkardi öz həmyerliləri - Leonardo Paradeslə Anxel di Mariya tərəfindən qəbul edilmir.

Onlar İkardini danışdırmır, hücumçu ilə məsafə saxlayırlar. 

Buna səbəb isə Lionel Messidir. Messi Maksi Lopesin yaxın dostudur. İkardi isə Lopesin həyat yoldaşını əlindən alıb.

Ümumiyyətlə, İkardi bu hərəkətinə görə Argentina yığmasına da dəvət edilmir.